Prezident FHN əməkdaşlarını təltif etdi
16 Dekabr 2014 09:31 SiyasətDekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşının ali hərbi rütbə, yüksək fəxri adlar, orden və medallarla təltif olunması barədə sərəncamlar imzalayıb.Modern.az saytının məlumatına görə sərəncamlara əsasən, bir nəfər general-mayor ali hərbi rütbəsi, iki nəfər "Əməkdar mühəndis" fəxri adları ilə təltif edilib.Dövlət başçısının digər Sərəncamı ilə dörd nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə", iki nəfər "3-cü dərəcəli Vətənə xidmətə görə" ordenləri, altı nəfər "Hərbi xidmətlərə görə", on nəfər isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00