Prezident İlham Əliyev Bəhreyn Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Bəhreyn Krallığının Milli günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Bəhreyn münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00