“Azərbaycan Rusiyadan ədalətli mövqe tələb etməlidir”

“Rusiya ilə münasibətlərin bundan artıq dərinləşdirilməsi Azərbaycanın dövlət maraqlarına ziddir”

BAXCP İdarə Heyətinin iclası keçirilib. İclasda ölkədəki ümumi ictimai-siyasi vəziyyət və Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müxalifət partiyalarının təmsilçiləri ilə görüşü də müzakirə edilib. İclasda həmçinin Ukraynada baş verən hadisələrdən sonra post-sovet məkanında Azərbaycanın maraqları baxımından yaranmış yeni geosiyasi vəziyyət də müzakirəyə çıxarılıb. Bildirilib ki, Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verməyəcəyi təqdirdə Azərbaycan Rusiya ilə münasibətlərdə irəliyə doğru indiki vəziyyətdən artıq addım atmamalıdır: "Rusyanın ayrı-ayrı məmurlarının Azərbaycanla bağlı yalnız təskinlik verə biləcək xoş bəyanatları Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmamalı, Moskva isə Qarabağ məsələsində konkret və prinsipial mövqeyini bildirməlidir. Belə olmayacağı halda Rusiya ilə münasibətlərin bundan artıq dərinləşdirilməsi Azərbaycanın dövlət maraqlarına ziddir". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00