Arif Hacılı səhvlərdən qaçmalıdır

"Müsavatda baş verənlər mənə çox tanış məsələlərdir. Düz 10 il əvvəl mənim mənsub olduğum siyasi təşkilatda da buna oxşar proseslər getmişdi". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Billur Hümbətov qeyd edib ki, hər iki təşkilatda regional faktor özünü biruzə verir: "Əgər Arif bəyə alternativ olan namizəd məlum region təmsilçisi olmaqla yanaşı, siyası cəhətdən daha aktiv olsaydı nəticə yəqin ki, fərqli olardı. O ki qaldı liderlərın namizədlərdən birini dəstəkləməsi məsələsinə, bizdə də həmin proses getmişdi, Lakin nəticə lider üçün məyusedici olmüşdu. Çünki müdafiə etdiyi namizəd siyasi cəhətdən zəif namizəd idi". VİP rəsmisi deyib ki, Musavatın bölünməsi və zəiflədilməsi ürəkaçan iş deyil: "Yeni başqan olan Arif bəy çalışıb partiyanı bütövləşdirməli və səhvlərdən qaçmalıdır. Sonda qeyd etmək istəyirəm ki, partiyadaxili vəziyyətin belə pik həddə olduğu vaxtda mitinq təyin edilməsi mənə görə səhv addım idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00