“Müsavatın başında duranlar uğur sözünün nə demək olduğunu anlamırlar”
15 Dekabr 2014 11:57 SiyasətƏgər mitinqi uğurlu adlandırırlarsa, demək, Müsavat Partiyasının başında duranlar ya uğur sözünün nə demək olduğunu anlamırlar, ya da potensiallarını dəqiq bildiklərindən özləri haqda hər kəsdən daha bədbin fikirdədirlər". "OLAYLAR"-ən xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev Müsavat Partiyasının 14 dekabr aksiyasına münasibət bildirərkən səsləndirib: "Onlar yəqin düşünürlərmiş ki, mitinqə toplaşanların sayı heç yüzü də keçməyəcək. Keçib, demək, uğurdan danışmaq olar. Ancaq bir fakt da unudulmamalıdır ki, orada rəsmi strukturların mülki geyimli təmsilçilərinin sayı da az deyildi, hətta mitinqləməyə gələnlərdən, bəlkə də, çox idi". Millət vəkili aksiyada Leyla Yunusla bağlı fikirlərin səsləndirilməsinə də münasibət açıqlayıb: "İsa Qəmbər deyir ki, mitinq Beynəlxaq İnsan Haqları gününə həsr edilibmiş. Elə isə nədən orada Leyla Yunusun portretini başları üzərində qaldıraraq ona azadlıq tələb etdikləri halda, ən böyük haqsızlıqla üzləşən 750 min qarabağlıdan danışılmadı? O adamlardan ki, 20 ildən artıqdır didərgin düşdükləri yurdlarına qayıda bilmirlər. Qəmbərin mitinqinin qəmbərqulusu bax bu sualın cavabındadır".