Aksiya Müsavata düşmədi

Daha bir fəal partiyanı tərk edib

Müsavat Partiyasının ötən bazar keçirdiyi mitinqi əks-effekt verib. Arif Hacılı qanadı bu aksiyanı əzələ nümayişi kimi nəzərdə tutsalar da, mitinqə olduqca az adam çıxıb. Narazılar aksiyaya dəstək verməyiblər. Biabırçı uğursuzluq partiyada istefalara yol açıb. Aksiyadan sonra Qubad İbadoğlu tərəfdarı kimi tanınan Füzuli Vəziroğlu Müsavatdan istefa verdiyini bildirib. Onun  mitinqin belə biabrıçı alındığı üçün partiyadan getdiyi söylənilir.

Qeyd edək ki, Füzuli Vəziroğlu əvvəllər AXCP üzvü olub. 2000-ci illərdə AXCP-də baş verən proseslərdən sonra, Müsavata keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00