Bu gün Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq başlayır
15 Dekabr 2014 10:20 SiyasətSilahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 15-dən 17-dək Marmaris şəhərində (Türkiyə) Dənizdə təhlükəsizlik əməliyyatları zamanı yerli mədəniyyətlərdən xəbərdar olma kursu baş tutacaq.Dekabrın 15-dən 18-dək isə Ankara şəhərində (Türkiyə) 7-ci Azərbaycan-Türkiyə Yüksək səviyyəli hərbi dialoq iclası keçiriləcək.Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00