PA rəsmisi: "Jurnalist xalqın maraqlarını nəzərə almalıdır" VIDEO
Əli Həsənov vahid hədəflərə doğru birgə hərəkətə çağırıb
11 Dekabr 2014 15:07 Siyasət"Azərbaycan və Türkiyə mediası iki ölkənin strategiyasına uyğun, iki ölkənin maraqlarından çıxış edərək vahid hədəflərə doğru birgə hərəkət etməlidir". ANS TV-nin məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən "Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan internet mediasına keçid" mövzusunda beynəlxalq konfransda bildirib. PA-nın şöbə müdiri qeyd edib ki, jurnalistlər hansı şəraitdə fəaliyyət göstərmələrindən asılı olmayaraq hər iki xalqın maraqlarını nəzərə almalıdırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00