Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Artıq 25 ildən çoxdur ki ermənilər tarixi Azərbaycan ərazilərini işğal altında saxlayır. Heç bir hüquqi əsası olmadan Azərbaycan torpaqlarına iddialı olan işğalçı dövlət hələ də bu niyyətindən əl çəkmir. Tarixən tərəkəmə millət kimi başqa ölkələrin ərazisində məskunlaşan ermənilər tayfa halında məskunlaşdıqları ərazilərdə daim torpaq iddiasında olub. Məhz bunun nəticəsidir ki, ermənilər bu vaxta qədər bir neçə ölkənmin ərazisindən elə torpaq iddiasına görə qovulub. Sonda isə bu tayfa Çar Rusiyasının köməkliyi ilə Azərbaycan ərazilərinə köçürülüb.Nəticədə mənfur niyyətli ermənilər Azərbaycan əraqzisində məskunlaşa-məskunlaşa yaşadıqları ərazilərdən azərbaycanlıları müeəyyən bəhanələrlə uzaqlaşdırmağa cəhd edib. Azərbaycan torpağında məskunlaşan ermənilər zaman keçdikcə hiyləgərliklə Azərbaycan ərazisini dolayısı yollarla ələ keçirməyə başlayıb.

Rusların Azərbaycanı parçalamaq siyasəti

Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi.
Tarixi faktlara nəzər salaq.
Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar. Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər... onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalamayacaqlar". Rus imperiyasının hakim dairələri Cənubi Qafqazda yeritdikləri müstəmləkə siyasətində ermənilərə çox bel bağlayırdılar. Amerika alimi Castin Makkartinin yazılarında Cənubi Qafqazda, daha doğrusu Azərbaycanda erməni kaloniyalarının yaradılması haqqında bunları demişdir: "1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş, və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirişmişdir....Ruslar iki dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum etmiş, lakin hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən onlar özləri ilə 100000 etmənini də Qafqaza gətirmiş və yurdlarından qovulmuş və məhv edilmiş türklərin (azərbaycanlıların) yerlərində yerləşdirmişdilər". 1877-1878-ci illər müharibəsində, ruslar Qars-Ardağan vilayətini zəbt etmiş, müsəlmanları qovaraq onların yerində 70000 erməni məskunlaşdırmışdılar.......1895-1896-cı illərin hadisələrində isə təxminən 60000 erməni Qafqazda məskun edilmişdir.....birinci dünya müharibəsi illərində miqrasiya balanslı şəkildə davam etmiş, Şərqi Anadoludan olan 400000 erməni Qafqazın 400000 müsəlman əhalisinə dəyişdirilmişdir.

Erməni tarixçisi ermənilərin tərəkəmə olduğunu etiraf edir

Amerika akademikinin göstərdiyi rəqəmlərə görə, 1828 və 1920-ci illər arasında Azərbaycana 560000 erməni köçürülmüşdür. Bununla da Şərqi Qafqazın ruslar tərəfindən işğalı nəticəsində Azərbaycan torpaqlarında - Araks çayının şimalında erməni əhalisi sürətlə artmağa başladı. Ermənilərin köçəri olmasını elə ermənilərin özləri təstiqləyir. Bu da erməni tarixçisi kimi tanınan Zori Balayanın açıqlaması. Bununla bağlı diqqətə layiq bir fakt da Z. Balayanın özü etiraf etmişdir: "Onun (Yerevanın) əhalisi başqa yerlərdən gəlmələrdir. Əslində həqiqi Yerevanlı yoxdur". Akademik A. İ. İonisian yazır ki, "Yerevan şəhərinin əhalisinin yalnız dörddə biri ermənilərdir, azərbaycanlılar burada mütləq üstünlüq təşkil edir". Rus imperatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmanına görə Azərbaycanın Naxçıvan və İrəvan xanlığı ləğv olunmuş, onların yerində rus hakimləri tərəfindən idarə olunan "Erməni mahalı" adlanan yeni inzibati qurum yaradılmışdır. 1849-cu ildə bu mahalın adı dəyişdirilərək Yerevan Quberniyası qoyulmuşdur. Ərazilərinin gunişləndirilməsi məqsədini güdən ermənilər 1836-cı ildə Rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunmasına və onun mülklərinin erməni kilsəsinə verilməsinə nail oldular. Bir qədər sonra keçmiş Alban dövlətinin qərb əraziləri daha dəqiq desək Qarabağ regionu ermənilərin XIX əsrdə davam edən sıx məskunlaşması nəticəsində dövlətçiliyini və dini müstəqilliyini itirdi və həmin yerlərin əhalisinin Qreqorianlaşdırılması yəni erməniləşdirilməsı prosesi başlandı. Bu açıq həqiqət hələ XIX əsdrə bəlli idi. Məşhur rus tarixçisi V. L. Veliçko yazırdı: "Səhvən erməni adlandırılan, əslində isə erməni-qreqorian təriqətini qəbul edən və yalnız üç-dörd əsr əvvəl erməniləşmə prosesinə qədəm qoyan əhali müstəsnalıq təşkil edirdi". Bunu erməni müəllifi B. İşxanyan da təsdiq edərək yazırdı: "Dağlıq Qarabağda məskunlaşmış ermənilərin bir qismi yerli olub qədim Alban xalqının nəsilləri, bir qismi isə Türkiyə və İrandan qaçmış və Azərbaycan torpaqlarında təqib və təzyiqlərdən sığınacaq tapmış erməni əhalisidir". Ermənilərin işğalçı siyasəti yürütməsi bütün bu faktlarla təstiqlənir. Məlum olur ki, tarixən köçəri həyat tərzi yaşayan, yurd-yuvası olmayan ermənilər daim hansısa ölkənin ərazisindən sığınacaq almaqla orada özlərinin dövlətini qurmağa cəhd edib. Ermən ilərin bub planlarından xəıbər tutan həmin ölkələr isə onları müəyyən yollarla ərazilərindən köçürməyə başlayıb. Bu gün ermənilərə yaxınlığı ilə tanınan Rusiya və İran da vaxtilə onların bu niyyətlərini anlayıb və qabaqlayıcı tədbirlər görərək öz ərazilərindən çıxarıb. Məhz ermənilərin bu cür iyrənc siyasətinə görə də onlar Türkiyə, İran və Rusiya ərazisindən çıxarılıb. Nəticədə isə daim öz qonaqpərvərliyi və humanizmi ilə dünyada tanınan Azərbaycan ermənilərin öz ərazisdinə köçürülməsilə razılaşıb. Çar Rusiyasının fənd siyasəti nəticəsində də ermənilərin bu mənfur planı baş tutub. Rusların köməyi ilə ermənilər Azərbaycanın ən səfalı yerlərindən olan İrəvan mahalında və ölkənin digər ərazilərində yerləşdirilib.  Rusiya işğal etdiyi Azərbaycan ərazisində erməniləri yerləşdirməklə bu ərazini öz əsarəti altında saxlamağa başlayıb. Son nəticə isə göz qabağındadıtr . Azərbaycan ərazisində məskunlaşan, Ermənistan dövləti yaradan ermənilər daha sonra Rusiyanın köməyi ilə həmin əraziləri azərbaycanlıalardan təmizləməyə başlayıb. Sonda isə Azərbaycan ərazisində yaranan Ermənistan əvvəlcə yerləşdiyi ərazilərin ətrafını, daha sonra isə Dağlıq Qarabağda etnik təmizləməyə başladılar.  Artıq 25 ildir ki, Ermənistan Azərbaycanın əbədi və əzəli torpağı olan Dağlıq Qarabağı işğal edib.

Minsk Qrupunun ermənipərəst vəkilliyi

Azərbaycan dövləti artıq 25 ildir ki, Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çşatdırmaq üçün yorulmaz fəaliyyət göstərir. Artıq dünya ictimaiyyəti də bu faktların həqiqi olduğunu, Azərbaycanın haqlı mövqedən çlıxış etdiyini dərk edir, lakin işğalçı Ermənistanın bu hərəkətlərinə son qoya bilmir. Artıq 20 ildən çoxdur ki, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minski Qrupu yaradılıb. Qrup həmsədrləri də Ermənistanın bu hərəkətlərinə "dur" deyə bilmir. Hər dəfə müxtəlif bəhanələrlə vəziyyəti daha da gərginləşdirən, münaqişənin həllini yubatmaqla özlərinə xal qazandıran Minsk Qrupu da artıq onlara göstərilən etimadı doğrultmadı. Minsk Qrupu da əvvəllər məsələnin həllinə çalışsa da, sonradan bu qurumda da erməniləşmə başlandı. Nəticədə bu təşkilat da şəxsi və erməni mənafelərinə dolayısı ilə xidmət etməli oldu. Minsk Qprupunun vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsini tələb etmək olsa da, bu qurumun hazırki fəaliyyəti Ermənistanı müdafiə etməkdən ibarətdir. Büeynəlxalq ictimaiyyətin də qınaq obyerktinə çevrilməsinə baxmayaraq Minsk Qrupu hələ də fəaliyyətində dönüş yaratmır, Ermənistanın işğalçı siyasətini ört-basdır etməklə, Azərbaycan tərəfdə "günah" axtarmaqla bu qrup əməlli başlı oyun oynayır. Ermənilərin və onların havadarlarının çaldığı hava ilə oynayan Minsk Qrupu özü də bilmədədən Ermənistanın havadarına çevrilməkdədir. Bu fakt artıq bütün dünya ictimaiyyəti tərəfindən müşahidə edilir, Ermənistanın problemin həllində vaxt udmaq üçün çapaladığı ortaya çıxır.

Azərbaycan Ermənistanı məhv etmək istəmir

Məsələnin sülh yolu ilə həllinə çalışan Azərbaycan isə hələ ki qarşı tərəfin konstruktiv mövqe nümayiş etdirməsini istəyir. Nəinki Qafqaz, hətta bütün dünya ictimaiyyəti bilir ki, Azərbaycan Ermənistandan bütün cəhətlərdə qat-qat üstündünr və öz torparlarını istənilən an işğaldan azad etməyə qadirdir. Bütün dünya ölkələri, hətta Ermənstanın havadarları olan dövlətlər də çox gözəl dərk edir ki, Azərbaycanın gücü və qüvvəti Ermənistanla müqayisəedilməz dərəcədə üstündür. Azərbaycanın son 10 ildə yalnız hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən iki dəfə artıqdır. Bu da onu deməyə əsas verir ki, Ermənistan bütün büdcəsini belə hərbi sahəyə sərf edib əhalisini acından qırsa da, Azərbaycanın hərbi büdcəsinə çata bnilməz. Buna görə də Ermənistanın Azərbaycanın gücü qarşısında tab gətirməsi absurddur. Dünya ictimaiyyəti də bilir ki, bu gün Ermənistan yalnız havadarlarına arxayın olaraq Azərbaycan ərazilərini işğaldan azad etmir. Bunun müvəqqəti olmasını Ermənistan və onun havadarları da  çox gözəl dərk edir. Amma, hələ ki çirkin niyyətlərindən əl çəkmək istəmir. Adını müstəqil dövlət qoyub hegemon dövlətlərin əsarəti altında olan Ermənistan yaltaqlanmaqla başını dolandırmaq istəyir. Amma, artıq bu dövlət özünün yaltaqlanmaq gücünün də tükəndiyini görüb. Bu gün Ermənistan açıq-aşkar dalana dirənib, sosial partlayışlar baş qaldırıb. Ermənistan əhalisinin əksər hissəsi dolana bilmədiyindən xarici ölkələrə üz tutmağa başlayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlananda 3 milyon əhalisi olan Ermənistanda hazırda 1,5 milyon əhali qalmayıb. Bu Ermənistan dövlət qurumlarının rəsmi açıqlamalarında deyilən rəqəmdir. Ermənistan əhalisinin tən yarısının ölkəni tərk etməsi bu ölkənin süquta uğramasından xəbər verir. Artıq Sarkisyan hakimiyyəti Ermənistanın məhvin astanasında olduğunu dərk edib xarici ölkələrdən imdad diləməyə cəhd edir. Hətta Ermənistan Azərbaycana dost ölkə olan Türkiyə Cumhuriyyətindən imdad diləyir, ölkəni siyasi süqutdan qurtarmaq üçün yalvarır. Ermənistan hətta Azərbaycandan da kömək istəməyə hazırdır. Amma, Ermənistan rəhbərliyi hələ ki bu addımı atmır, işğalçılıq siyasətini zor durumda davam etdirir.

Samir Güləliyev

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00