Heydər Əliyev irsi öyrənilir
10 Dekabr 2014 12:32 SiyasətÜmummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirilir. "OLAYLAR"-ın xəbərinə görə, Heydər Əliyev Mərkəzi Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin, Heydər Əliyev irsinin dərindən öyrənilməsi, tədqiqi və geniş təbliği məqsədi ilə "Heydər Əliyev irsi: elmi-praktik seminarlar" layihəsinin həyata keçirilməsinə başlayıb. İlk seminar dekabrın 10-da Heydər Əliyev Mərkəzində baş tutub. Seminarda respublikanın ali təhsil müəssisələrindən olan 220 nəfər tələbə, gənc alimlər, müəllimlər və ictimaiyyətin tanınmış nümayəndələri dinləyici kimi iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00