Ermənilər Xocalıda ekokənd yaradırlar
9 Dekabr 2014 14:15 SiyasətQarabağ separatçıları Azərbaycanın işğal altındakı torpaqlarında ekokənd yaratmaq niyyətindədirlər. Ermənistan mətbuatının məlumatına görə, Qarabağa səfər edən erməni əsilli rusiyalı biznesmen Ruben Vardanyan Xocalının Təzəbinə kəndində turizmi inkişaf etdirmək üçün ekokənd yaratmaq niyyətində olduğunu deyib. O, bunun üçün tələb olunan bütün maliyyə xərclərini öz üzərinə götürəcəyini bəyan edib. Vardanyan ekokənd yaratmaqla xarici, ilk növbədə rusiyalı turistlərin Dağlıq Qarabağa kütləvi axınını təmin etmək niyyətində olduğunu da deyib. Ermənilərin Noraqyux adlandırdıqları Təzəbinə kəndi Azərbaycanın işğal altIndakı Xocalı rayonunun inzibati ərazisidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00