Düşmən orduda ölüm kabusu
Qarabağ Ermənistan ordusunun əsgərləri üçün əsl məzarlığa çevrilib
9 Dekabr 2014 11:58 SiyasətQarabağ Ermənistan ordusunun əsgərləri üçün əsl məzarlığa çevrilib. Anspress-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Qarabağda ölən erməni əsgər Artur Marqaryanın işi ilə bağlı cinayət işi açılıb. Cinayət işi "özünü öldürmə həddinə çatdırma" maddəsilə başlanıb. Əsgərin zabitlər tərəfindən döyüldüyü və alçaldıldığı ehtimal edilir.
Qeyd edək ki, Marqaryanın meyiti sinəsində güllə yarası ilə Qarabağdakı postlardan birində aşkarlanıb. Hərbçi hospital yolunda ölüb. Xatırladaq ki, son günlər Ermənistan ordusunda intihar və bədbəxt hadisə ilə bağlı xəbərlər çoxalıb. Son günlər ərzində 10-a yaxın erməni hərbçinin belə hadisələr nəticəsində öldüyü bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00