Bahar Muradova : "Xədicə İsmayılovanın həbsi konkret şəxsin şikayəti ilə bağlıdır"

"Jurnalist Xədicə İsmayılovanın həbsi konkret şəxsin şikayəti ilə bağlıdır". Bunu vitse-spiker Bahar Muradova jurnalist Xədicə İsmayılovanın həbsinin etirazla qarşılanmasına münasibət bildirərkən deyib. B. Muradovanın sözlərinə görə, bununla bağlı ölkə xaricində və ölkə daxilində siyasi dəyərləndirmələrin verilməsi məqsədəuyğun deyil: "Bu, istintaqın gedişinə mənfi təsir göstərə bilər. Üstəlik, kiminsə kimdənsə narazı olması cəmiyyət üçün maraqlı deyil. Azərbaycanda yüzlərlə, minlərlə belə konkret cinayət halları var ki, cəmiyyət onlarla maraqlanmır. Bu onların arasında plan fərdi problemdir. Nəinki cəmiyyət, heç xarici dairələr, ABŞ Dövlət Departamenti bu məsələlərin olub-olmaması ilə bağlı narahat deyil. Ona görə də mən bu cür izafi yanaşmanı təəccüblü hesab edirəm. Bu addımları atanların hər biri müvafiq qurumların öz işini görməsinə mane olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00