Avaqyan: “Türkiyə Dağlıq Qarabağ münaqişəsi və “erməni soyqırımı” arasında fərq qoymur”
8 Dekabr 2014 13:29 Siyasət"Dağlıq Qarabağ münaqişəsi və "erməni soyqırımı" Türkiyə üçün eyni problemdir". Erməni mətbuatına açıqlamasında politoloq Arsen Avaqyan belə deyib. "Türkiyə hər iki məsələyə eyni münasibət bəsləyir. Fərq qoymur. Məsələlər həllini tapmadıqca Türkiyə cəmiyyətinin ermənilərə münasibəti dəyişməyəcək. Ermənistan öz iddialarından geri çəkilmədikcə, münasibəti də dəyişməyəcək" - deyə Avaqyan qeyd edib. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00