Azərbaycan və Ermənistan XİN rəhbərləri ATƏT XİNŞ çərçivəsində görüşmədilər
5 Dekabr 2014 16:36 SiyasətATƏT-in Xarici İşlər Nazirləri (XİN) Şurası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı Edvard Nalbandyanla görüşməyib. Bu barədə Trend-in Bazeldəki xüsusi müxbiri xəbər verir. Bu məlumatı Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev də təsdiqləyib. Ötən gün nazirlərin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ayrı-ayrılıqda görüşləri keçirilib. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00