Rusiyada vətəndaşların narkotik preparatlar əldə etmək hüququna zəmanət verilməsi təklif edilir
5 Dekabr 2014 15:41 SiyasətRusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin (NDNFX) rəhbəri Viktor İvanov vətəndaşların narkotik analgetikləri əldə etmək hüququna qanunvericilik qaydasında zəmanət verilməsini təklif edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verib. O, onkoloji xəstəlikdən əziyyət çəkən kontr-admiral Vyaçeslav Apanasenkonun zəruri ağrıkəsiciləri ala bilmədikdə intihar etməsi ilə bağlı səs-küylü hadisəni xatırladıb. İvanovun sözlərinə görə, qanunda ağrıkəsicilərə ehtiyacı olan xəstələrin tibbi yardımdan istifadəsinin prioritetliyi prinsipini əks etdirmək lazımdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00