Şults Avropa Parlamentinin obyektivliyinə kölgə salır

Avropa Parlamentinin prezidenti Martin Şultsun noyabrın 26-da Avropa Parlamentinin plenar iclasındakı Azərbaycana qarşı növbəti qərəzli çıxışını vətənimizin daxili işlərinə qarışmaq cəhdi  kimi qəbul edir və buna öz qəti etirazımızı bildiririk. "OLAYLAR"-ın xəbərinə görə, belə bir bəyanatla "Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyi çıxış edib. Bəyanatda qeyd olunub ki, Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında Martin Şultsun guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında söylədiyi fikirlər ölkəmizin daxili işlərinə qarışmaq kimi qiymətləndirilməlidir: "Konkret cinayət əməllərində, xüsusilə də vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə, ədalətliliyinə kölgə salır, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir: "Biz, "Vətənpərvər Maarifçi Gənclər"İctimai bİrliyi olaraq Avropa Parlamentinin prezidenti M.Şultsun Vətənimiz olan Azərbaycanla bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa ictimaiyyətini ikili standartlara xidmət edən millətlər və dövlətlərarası münasibətlərə xələl verə biləcək  belə bir  siyasətə qarşı etiraz bildirməyə səsləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00