Qarabağ Qeyri-Hökumət Təşkilatları Koalisiyası AP-nin prezidentinə etiraz bəyənatı yayıb
5 Dekabr 2014 15:09 Siyasət"26 noyabr 2014 cü il tarixdə Avropa Parlamentinin plenar iclasında çıxış edən Avropa Parlamentinin prezidenti Martin Şults öz çıxışında ədalətsiz olaraq Azərbaycanın daxili işlərinə qarışmaqla öz missiyasından kənara çıxmış, ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirmişdir". Qarabağ Qeyri-Hökumət Təşkilatları Koalisiyasının yaydığı bəyanatda bildirilir ki, M.Şultsun çıxışında guya Azərbaycanda ictimai fəaliyyətinə görə həbs edilmiş Leyla Yunusovanın hüquqlarının pozulması haqqında söylədiyi fikirlər Azərbaycanın daxili işlərinə qarışmaqla bərabər, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistan tərəfindən pozulmuş hüquqlarına biganə münasibətin, ikili standartların açıq -aşkar nümayişidir: " Əgər M.Şults həqiqətən insan hüquqlarından , demokratiyadan, ədalətdən danışmaq fikrinə düşübsə nədən bu vaxta kimi işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT-nin qəbul etdiyi 4 Qətnaməni yerinə yetirməyən Ermənistanı heç olmasa qınayan bir ifadə belə işlətməyib, bu bündə erməni əsirliyində olan yüzlərlə azərbaycanlı əsir və girovların pozulmuş adi insani hüquqlarını bir dəfə də olsun dilə gətirməyib, misli görünməmiş Xocalı soyqırımına görə Ermənistanı bir dəfə də olsun ittiham etməyib? Qarabağ QHT Koalisiyası M.Şultsun bu çıxışını həqiqətdən uzaq, qərəzli, demokratiya və insan hüquqları pərdəsi altında dövlətimizin zəiflədilməsinə, işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində aparılan siyasətə kölgə salaraq zədələnməsinə hesablanmış addım hesab edir, bütün tərəqqipərvər cəmiyyətləri, Avropa ictimaiyyətini ikili standartları fəaliyyətininin əsas prinsipi hesab edən M.Şults kimilərinə qarşı etiraz səslərini ucaltmağa səsləyirik".