Rauf Arifoğlu Müsavat rəhbərliyinə kükrədi
“Böyük Yurdçu Osman Kazımov Əli Kərimliyə diferambalar oxuyur. Bir başqası bizi körpü adlandırır, digəri deyir ona ləkəyik...”
5 Dekabr 2014 11:32 SiyasətMediada AXCP-"Yeni Müsavat" savaşının AXCP-Müsavat davası kimi qələmə verilməsi qəzetin baş redaktoru Rauf Arifoğlunu qəzəbləndirib. Baş redaktor facebook sosial şəbəkəsində AXCP ilə savaşda onlara dəstək verməyən partiya rəhbərliyini sərt tənqid edib: "Bəzi Müsavat üzvləri də , hətta rəhbərliyə aid olanlar, Feysdə kürəyimizdən xəncərləməkdədir. Həm də artıq neçənci dəfə. Böyük Yurdçu Osman Kazımov Əli Kərimliyə diferambalar oxuyur. Bir başqası bizi körpü adlandırır, digəri deyir ona ləkəyik...AXCP ilə müttəfiqmişlər, xəbərimiz yox! Tamam qardaşlar, inşallah, gələn həftə qəzetdə çalışan müsavatçılar olaraq bu partiyada qalıb-qalmamaq məsələsini müzakirə edərik. Rahat olun. Müsavat rəhbərliyi bizi Əli Kərimli ilə öz aralarında hesab edirlərsə, biz çəkilərik. Onsuz da istər ötən il, istərsə də bu il Əli Kərimlinin Müsavatı dağıtmağa yönələn kampaniyasının qarşısında tək durduq, partiya nə özünə, nə də bizə dəstək vermədi. Hamı Dədə Qorqud oldu, bizsə kürəyindən qılınclanan Bamsı Beyrək..."