Süleyman Dəmirəl xəstəxanaya yerləşdirilib
5 Dekabr 2014 09:54 SiyasətTürkiyənin sabiq prezidenti Süleyman Dəmirəl tənəffüs yollarının xəstəliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Bu barədə cümə günü Trend "Kanal7" telekanalına istinadən xəbər verir.Hazırda Dəmirəlin həyatı üçün təhlükə olmasa da, diabet onun müalicəsində çətinlik yaradır.Süleyman Dəmirəl 1924-cü il noyabrın 1-də İsparta vilayətində anadan olub. O, Türkiyənin ən nüfuzlu siyasətçilərindən biri hesab edilir.1990-1993-cü illərdə Dəmirəl Türkiyənin baş naziri, 1993-2000-ci illərdə isə prezidenti olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00