“Okeanın o tayındakılar 5-ci kolondakılardan fərqli olaraq bunun fərqindədirlər”

Bəziləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dünənki məqaləsini Amerika-Azərbaycan qarşıdurmasının başlanması kimi qiymətləndirir və bunu bayram edirlər. Yəqin fikirləşirlər ki, bu, olmayan qarşıdurma vaşinqtondakıların gözündə onların qiymətini artıracaq. Amma anlamırlar ki, məsələn, şirlə pələngin arasının dəyməsi çaqqalı çaqqallıqdan çıxarmır. Çaqqala elə çaqqal gözüylə də baxılır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib: "Qarşıdurmaya gəldikdə, əgər söhbət qərbdəkilərin Dağlıq Qarabağ məsələsində tutduğu mövqedən, iç işlərmizə qarışmalarından, öz marağımızı bir qırağa qoyub onların istəklərinə uyğun davranmağımızı tələb etmələrindən və onda da bizim tənqid, narazılıq və "yox" cavabımızla üzləşmələrindən gedirsə, bu, həmişə olub. Azərbaycan rəsmiləri, o sıradan cənab Pamiz Mehdiyev də dəfələrlə həm qapalı, həm də açıq görüşlərdə rəsmi Vaşinqtonun təmsilçilərinə onların bir sıra məsələlərdə tutduqları mövqelərindən narazılıqlarını dilə gətiriblər. Haqqında söz gedən məqalədə indiyədək deyilən bu fikirlər sadəcə, elmi şəkildə əsaslandırılaraq diqqətə çatdırılır. Bu qarşıdurma deyil, tənqiddir. Özü də qərbdəkilərə dost gözüylə baxan, onlara açıq olan, səmimi davranan və qarşılığında da belə bur davranış gözləyən dövlətin rəsmisinin tənqididir". Millət vəkili qeyd edib ki, bu tənqid Azərbaycanın Amerika ilə qarşıdurmaya getmək istədiyini deyil, əksinə iki ölkə arasındakı münasibətləri səmimiyyət və əsl tərəfdaşlıq müstəvisi üzərində qurmağa çalışdığını göstərir: "Okeanın o tayındakılar 5-ci kolondakılardan fərqli olaraq bunun fərqindədirlər, amma yanlış yolda olduqlarını anlayacaqlarmı və bundan sonra atdıqları addımlar adekvat olacaqmı? İstərdik ki, anlasınlar və olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00