Mübariz Əhmədoğlu: “Türkiyənin "Sabah" qəzeti təxribatla məşğuldur
4 Dekabr 2014 16:36 Siyasət""Sabah" qəzetinin mövqeyi Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq vəstrateji tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir və erməni dəyirmanına su tökməkməqsədi daşıyır" "Sabah" qəzetinin mövqeyi Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq vəstrateji tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir və erməni dəyirmanına su tökməkməqsədi daşıyır". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinindirektoru, politoloq Mübariz Əhmədoğlu Türkiyənin "Sabah" qəzetində Dağlıq Qarabağınmüstəqil dövlət kimi göstərilməsinə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, artıq bir neçə aydır ki, Türkiyədə ermmənilərin vəerməni təəssübkeşlərinin ciddi fəallığı müşahidə olunur: "Türkiyə ictimai rəyiniErmənistanla təslimçi barışığa hazırlamaq üçün Qərb dairələri tərəfindənmaliyyələşdirilən müxtəlif proqramlar və layihələr həyata keçirilir. Türkiyə və Ermənistanjurnalistlərinin, incəsənət nümayəndələrinin qarşılıqlı səfərləri təşkil olunur, müxtəlifkonfranslar, dəyirmi masalar və digər tədbirlərin sayı artır. Əsas məqsəd də bir tərəfdənTürkiyə hakimiyyətini qondarma "erməni soyqırımını" tanımağa məcbur etmək, digərtərəfdən də Azərbaycanın maraqları nəzərə alınmadan iki ölkə arasında sərhədlərinaçılmasına nail olmaqdır. "Sabah" kimi KİV-lər də obyektiv reallığı təhrif edən, qərəzlimateriallar dərc etməklə Qərb dairələrinin təsiri altında olan bəzi daxili qrupların və ermənilərin sifarişlərini yerinə yetirirlər. Görünür, ermənilər bu cür təxribatlarla Türkiyəilə Azərbaycan xalqlarının birliyini zəiflətmək və dövlətlərarası münasibətlərə zərbəvurmaq istəyirlər. Hesab edirəm ki, biz belə təxribatlara qarşı sərt olmalıyıq, özsözümüzü deməliyik". M.Əhmədoğlu hesab edir ki, Türkiyəni özümüzə müttəfiq, qardaş bilirik. Buölkədən ermənilər baş qaldırıb kürəyimizə məhz erməni kimi xəncər vuracaqlarsa, düşünürəm ki, onların indidən cavabı verilməlidir: "Türkiyə qəzetinə ayıb olsun ki,Azərbaycana qarşı bu cür təxribatlara yol açır. Düşünürəm ki, Türkiyənin rəsmi dairələri,rəhbərliyi bu məsələlərə ciddi yanaşacaq. Türkiyənin "Sabah" qəzeti küçələrdən keçənvə ötəri, təsadüfi qurum, mətbuat orqanı deyil. Bu qəzet Türkiyənin rəsmi dairələrindəakkreditasiyası olan mətbu orqandır. Bu orqan Türkiyənin rəsmi tədbirlərini işıqlandırırvə rəsmi tədbirlərə dəvət olunur. Əgər həmin qəzet dünya dövlətlərinin siyahısında"Dağlıq Qarabağ Cümhuriyyəti" sözünü işlədirsə, bu, naşılıq, savadsızlıq deyil, sadəcəerməni dəyirmanına su tökməkdir. Bizim Türkiyə ilə həm milli, həm dini, həm mədəni,həm iqtisadi, ümumiyyətlə bütün sahələri əhatə edən işbirliyimiz var. Bunu hər kəsbilməlidir. Əgər "Sabah" qəzeti təkzib verməsə, üzr istəməsə, həmin mətbuat orqana qarşıməhkəmə prosesində sonadək varıq. "Sabah" qəzeti BMT-nin, ATƏT-in bir dənəsənədini göstərsin ki, "Dağlıq Qarabağ Cümhuriyyəti" adlı dövlət var?".