KXCP üzvü: “Əli Kərimli məni ölümlə hədələyir”
4 Dekabr 2014 15:26 Siyasət"AXCP Ali Məclisinin üzvü Elçin Həsənov "Feybuk" inboksuma məni təhqir edən mesaj yazıb". "Olaylar"-ın məlumatına görə, belə bir iddia ilə keçmiş KXCP funksioneri, Milli bayraqdar Elman Türkoğlu çıxış edib. E.Türkoğlu E.Həsənovun onu ölümlə təhdid etdiyini bildirib: "Həsənov yazır ki, məni susdurmaq üçün Əli Kərimliyə söz verib: "Sən Əli Kərimlinin əllərindən və ayaqlarından öpüb üzr istə və cəbhənin üzvü ol. Əgər bunu etməsən, səni öldürəcəyik. "Azadlıq" qəzetində səni ifşa edəcəyik". Təsəvvür edin, bu Əli Kərimli özünü nə qədər itirib ki, məni PKK-çı Elçin Həsənovun dililə hədələyir. Əgər Əli Kərimli qorxmasaydı, özü mənim cavabımı verərdi. Bundan sonra da cəbhəçilərə qarşı mübarizəmi davam etdirəcəyəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00