“Müxalifət düşərgəsində baş verənlər məni iyrəndirib”

"Müxalifət düşərgəsində baş verənlər sözün həqiqi mənasında məni iyrəndirib. Müxalifət təşkilatları sanki özlərinin rəqibi qismində iqtidarı deyil, digər müxalifət təşkilatlarını görürlər". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Billur Hümbətov səsləndirib. Bildirib ki, bu gün bu hal daha qabarıq müşahidə olunur: "Dünənə qədər bir birlikdə təmsil olunan insanların bir-birinə ünvanladıqları təhqirlər cəmiyyət tərəfindən çox pis qiymətləndirilir və təkcə bu tərəflərə deyil, bütün müxalifət düçərgəsinə qarşı insanlarda ikrah hissi oyadır. Bu hərəkətlər vətəndaşların müxalifətə inamını sarsıdır. Məgər bütün bunları həmin təşkilatların başbilənləri hiss etmirlər? Əgər hiss edirlərsə bunun qarşısını almamağa nə ad vermək olar? Çox təəssüflər olsun bu insanların bəzilərində özünə müştəbehlik o dərəcədə yüksəkdir ki, belə işlərə əhəmiyyət vermirlər". VİP rəsmisi bildirib ki, uzun müddət onlarla bir birlikdə olan təşkilatlardan birinin rəhbərliyində duran ağsaqqal ziyalı iki gün əvvəl bir status yazıb və o da bəyənərək rəy bildirib: "Məndən əlavə 10-a yaxın adam ona rəy bildirmişdı. Həmin ağsaqqal mənım rəyimi silib, bu gün yanlarında olanların rəylərini saxlamışdı. Ümimiyyətlə mənimlə səhifədə dostluq edən onlarla özünü aparıcı müxalifətçi sayan insanların öz sıralarında olmayanlara laqeyd münasibətlərinin dəfələrlə şahidi olmuşam. Axı görəsən bu insanlar anlamırlar ki, ətrafını genişləndirmək üçün insanların etibarını qazanmağa ehtiyac var.Təəssüflər olsun ki, belə düşüncəyə sahib olan insanların ucbatından insanlar nəinki müxalifət düşərgəsinə maraq göstərirlər, əksinə sıralar seyrəlir. Azərbaycan cəmiyyəti çox həssasdır və çox heyflər olsun ki, belə davranışlara görə vətəndaşlar sonda belə müxalifətdənsə, elə bu iqtidar yaxşıdır qərarına gəlirlər.Yekunda qazanan iqtidar, itirən isə bütün müxalifət olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00