Gürcüstan səfiri “Borçalı” heyəti ilə görüşdü

Zəlimxan Məmmədli: “Səfirlə görüşümüz əhəmiyyətli oldu”

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze "Borçalı" Cəmiyyətinin İdarə Heyəti yaranmış durumu müzakirə etmək üçün İdarə Heyətinin üzvləri Akademik Ramiz Məmmədov, professor Ramiz Məmmədov, Firudin İsmayılov, Qivi Paçxataşvili, Salman Murğuzlu və Zəlimxan Məmmədlidən ibarət  heyəti qəbul edib.Görüşdə son zamanlar "Borçalı" Cəmiyyətinin bəzi üzvlərinin Gürcüstana buraxılmaması, soydaşlarımızın problemləri, gələcəkdə qarşılıqlı əlaqələr haqqında fikir mübadiləsi aparılıb. Səfir baş verənlərdən narahatlıq ifadə edərək, qarşılıqlı əlaqələrin faydalı olacağını ifadə edib. Görüşdə Səfirliyin digər əlaqədar səlahiyyətliləri də iştirak edib."Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "OLAYLAR"a bildirib ki, görüş sağlam atmosferdə və qarşılıqlı anlaşma şəraitində keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00