Asiya Parlament Assambleyasının toplantısında azərbaycanlı qaçqınlardan danışıldı

Millət vəkili Qənirə Paşayeva Asiya Parlament Assambleyasının toplantısında 1 milyon qaçqın və məcburi köçkünlərimizlə bağlı geniş məruzə ilə çıxış edib. "OLAYLAR"-ın xəbərinə görə, Assambleyaya və bütün üzv ölkələrə azərbaycanlı qaçqın və məcburi köçkünlər adından səslənirəm deyən millət vəkili çıxışında Ermənistanın işöalçılıq siyasətindən də danışıb: "Ermənistanın silahlı qüvvələri Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü pozub və 20 ildən artıqdır ki, onlar Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaqda davam edir. Biz Pakistan və Türkiyə başda olmaqla buradakı bir çox dost ölkələrə hər zaman beynəlxalq təşkilatda Azərbaycanın ədalətli mövqeyini dəstəklədirkləinə görə minnətdarlığımızı bildiririk və inanırıq ki, siz hər zaman öz evlərinə qayıda bilməyən və böyük iztirablarla üzləşən insanların, ədalətin yanında olacaq və bu sessiyada da bu məsələyə diqqət göstərəcəksiniz. Millət vəkili Qənirə Paşayevanın çıxışından sonra Pakistan və Türkiyə Parlamentinin nümayəndə heyətləri çıxışlarında Azərbaycanın və azərbaycanlı qaçqın və məcburi köçkünlərin səsinə səs verməyə və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad olunması və köçkünlərin öz evlərinə dönə bilməsi istiqamətində Azərbaycana dəstəyi, Ermənistana təzyiqi artırmağa çağırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00