Politoloq: “Türkiyə-Rusiya yaxınlaşması Azərbaycanın manevr imkanlarını məhdudlaşdıra bilər”
3 Dekabr 2014 12:08 Siyasət"Əgər Türkiyə-Rusiya yaxınlaşması hər iki ölkənin mətbuatında təqdim olunduğu kimidirsə, bu Azərbaycanın manevr imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər". "Olaylar"-ın məlumatına görə, "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu belə bir fikirlə çıxış edib. "Lakin bu da hələ seçim imkanlarının olmaması demək deyil. Azərbaycanla yaxın tərəfdaşlıq qurmaqda maraqlı olan digər dövlət və qurumlar da mövcuddur. Bu isə öz növbəsində həm də Azərbaycan üçün uzun illərdir müəyyənləşdirilməsi vacib olan xarici siyasət kursunu dəqiqləşdirmək olardı" - deyə Ə.Oruclu qeyd edib. Lakin politoloq Türkiyə-Rusiya yaxınlaşmasının iddia edildiyi kimi çox da yaxın olmadığına inanmadığını bildirib. Eyni zamanda sürprizləri də istisna etmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00