KXCP bələdiyyə seçkilərinə hazırlığını davam etdirir
2 Dekabr 2014 15:44 SiyasətKXCP İdarə Heyətinin toplantısı keçirilib. İclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib. Yığıncaq partiya orqanlarının həftə ərzində gördüyü işləri qiymətləndirib, bələdiyyə seçkiləri, vətəndaş cəmiyyətinin vəziyyətini müzakirə edib. Yığıncaqda seçkilərlə əlaqədar bələdiyyələrə namizədlərin qeydiyyata alınması ilə bağlı məlumatlar dinlənilmiş və dəyərləndirilib. KXCP rayon (şəhər) şöbələrinin təqdim etdikləri sənədlər, Mərkəzi Seçki Qərargahı və Təşkilat şöbəsinin hazırladıqları arayışlara əsasən seçkilərdə bələdiyyələrə namizədlərin qeydiyyata alınması mərhələsi müzakirə edilib. İdarə Heyəti eyni zamanda KXCP üzvlərinin digər vətəndaşların namizədliklərinin qeydiyyatı zamanı baş vermiş müəyyən problemlər barədə məlumat verib.