Erkin Qədirli: “Türkiyə-Rusiya yaxınlaşması Azərbaycanın maraqlarına uyğun gəlmir”
1 Dekabr 2014 17:41 Siyasət"Putinin Türkiyəyə səfəri başlayır. Əvvəlcə işgüzar səfər kimi planlaşdırılan səfər, Türkiyə tərəfinin təşəbbüsü ilə rəsmi səfər səviyyəsinə yüksəldi". "Real" Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli belə bir fikirlə çıxış edib. "Səfər zamanı Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi planlaşdırılmasa da, biz bilməliyik ki, Türkiyənin Rusiyayla yaxınlaşması ölkəmizin strateji maraqlarına uyğun gəlmir" - deyə E.Qədirli qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00