Xədicə İsmayıl gəncləri niyə təxribata sürükləyir?

"Cəbhəçilərin Allah xasiyyətin kəsməsin" - AXCP üzvlərinin son günlərdə ən çox işlətdikləri ifadədir. Cəbhəçilərin nöqteyi-nəzərindən mənası da budur ki: "Biz haqq və demokratiya mübarizəsi aparırıq. Dediyimiz hər sözün kəsəri var". Sual verərlər, nəyinizə güvənirsiz? Xalqı ətrafınızda toplaya bildiniz ki, sözünüzün kəsəri olsun? Əli Kərimli nə vaxt, danışmaqdan başqa o tərəfə keçdi ki, xalq "Allah cəbhəçilərin xasiyyətini kəsməsin" dedi? Nə vaxt? Hansı lazımi işi ortaya qoydunuz? Hansı inqilabı edib hakimiyyətə gəldiniz? "Facebook"-dan başqa hansı meydana çıxdınız? Yaxud çıxa bildiniz? Niyə çıxmadınız? Bunun üçün nə qədər adamınız var? Hansı gənci Əli Kərimli özünə müavin seçdi? Nurəddin Məmmədli, Gözəl Bayramova, Fuad Qəhrəmanlı niyə müavin postunda qocaldı? Demokratsızsa, niyə milyonlarla insanı öz despotik qaydaları altında əsarətdə saxlayan ölkəyə "cənnət" adı verdiniz? Sahib Rüstəmli qamışlıqda quş vurub "Facebook"-da yaymaqdan başqa nəyə yarayır? Erməni lobbisinin maliyyələşdirdiyi "People in Need"-in Gürcüstana istirahətə göndərdiyi Kəmalə Bənəniyarlı özünü niyə Janna Dark hesab edir? Kəmalə xanım, həmin o Janna Fransada inqilab olanda İngiltərəyə qaçmışdı? Hadisələrin içində deyildi? Bir-iki əhəmiyyətsiz statusa görə, adama inqilabçı deyərlər? Bəs, dindarsızsa, Suriyada gündə onlarla müsəlmanın qətlinə fərman verən Amerikaya bu sevgi haradan qaynaqlanır, Natiq Ədilov? İddia etdiyiniz kimi ətrafınızda milyonlarla qüvvə varsa, niyə kənardan dəstək axtarırsız? Xaricdən aldığı pulları mənimsəmək üçün gəncləri təxribata çəkən Əli Kərimli olmayıb? Düzünü deyin, daha sonra həmin həbslərdən siyasi məqsədləri üçün istifadə etmir? Belə olmadığını deyirsizsə, bəs, niyə Xədicə İsmayılın gəncləri təxribata sürükləməsini alqışlayırsız? Niyə onların gələcəklərini düşünmürsüz? Niyə Azərbaycana ləkə yaxan qüvvələri öz siyasi məqsədlərinizə alət edirsiz? Əli Kərimli bilmir ki, hazırda rəhbəri olduğu partiya Azərbaycan hakimiyyətində olanda Leyla Yunus məxfi məlumatları ermənilərə ötürürdü? Dağlıq Qarabağı "müstəqil subyekt" kimi tanıyan "People in Need"-i niyə sevirsiz? Siz də Dağlıq Qarabağın ermənilərə aid olduğunu qəbul edirsiz? Belə deyilsə, Nurəddin Məmmədli, niyə sədriniz münaqişəyə dair hansısa bəyanatla çıxış etmir? Yaxud 2013-cü ilin seçkilərində namizədiniz Cəmil Həsənli niyə, ancaq "Azadlıq"-ın materialları ilə silahlandı? Bir dəfə olsun, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair platformasını ortaya qoymadı? Bu məsələnin sizə aidiyyatı yoxdur? Düzdür ki, Azərbaycanı kənardan kim vurusa, sizin dostunuzdur? Hətta bu Ermənistan olsa belə? Niyə Batumidə erməni təxribatına qarşı ölkəsini müdafiə edən Rauf Arifoğluna "agent" deyirsiz? Demokratsızsa niyə Müsavatın parçalanmasına sevinirsiz? Sözünüzün kəsəri varsa, Müsavatı parçalanmaqdan qurtarmırsız? Ortada heç nə olmadığı halda, siz Əli Kərimli, İsa Qəmbərlə hansı hakimiyyətin davasını döyürsüz? Əli Kərimli, yaxşı sədrsizsə Şakir Abbasovun Arif Hacılının partiyasında nə işi var? Demokratsızsa, niyə "Azadlıq"-ı özünüz redaktə edirsiz? Niyə bu suallara cavab verməkdən qaçırsız?


Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00