Bakıda hərbçilər üçün beynəlxalq seminar keçiriləcək

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, dekabrın 2-dən 5-dək Bakı şəhərində "Vəzifədə irəliləmə və attestasiya komissiyasının tətbiqi" mövzusunda seminar, dekabrın 2-dən 11-dək Almaniyanın Qarmiş-Partenkirxen şəhərində "Dil standartları və qiymətləndirmə" mövzusunda seminar keçiriləcək. Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00