Roma Papası: "Türkiyə-Ermənistan sərhədi açılsın"
"Razılığın əldə edilməsi üçün dua edirəm”
1 Dekabr 2014 10:31 SiyasətTürkiyədə üç günlük səfərdə olan Roma papası Fransis bəzi siyasi çıqlamaları ilə də diqqət mərkəzinə düşüb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, O, Türkiyə-Ermənistan sərhədinin açılmasını arzuladığını deyib: "Türkiyə-Ermənistan sərhədinin açılması çox gözəl olar. Bu mənim ürəyimdən keçir".Roma papası onu da vurğulayıb ki, sərhədlərin açılmasına regiondakı bəzi siyasi problemlər mane olur: "Ancaq bununla belə türklərlə ermənilər arasında razılığın əldə edilməsi üçün dualar edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00