Leyla Yunus çexiyalı olsaydı, Slovakiyaya işləyərdi
28 Noyabr 2014 18:02 Siyasət"People in Need"-in rəhbəri Simon Panek Milli qəhrəman Əlif Hacıyev haqda danışanda deyir: "O, əsl qatil idi. Mənə demişdi ki, axşamlar adam ovuna çıxıram. Onun belə bir hobbisi vardı. Ona görə də onun ölüm xəbəri məni təəccübləndirmədi, axır ki, ermənilər onu tapıb güllələdilər". Təsəvvür edirsiz, bir gecənin içində Xocalıda 613 nəfəri qətlə yetirən ermənilərə haqq qazandıran bir təşkilat, əliyalın insanları müdafiə edən bir şəxsə ləkə yaxır. Ki, həmin təşkilat Azərbaycanın radikal müxalifəti tərəfindən dəstəklənir. Və radikallar buna "tolerantlıq" donu geyindirirlər. Həmin "People in Need" Dağlıq Qarabağda separatçı "dövlət" yaratmış ermənilərə dəstək verir. İşğalda olan Qarabağı "müstəqil subyekt" kimi tanıyır. Bunu dəstəkləyirsiz? Təşkilatla bağlı maraqlı olan digər məsələ - onun Ermənistanla humanitar sahədə əməkdaşlıq etdiyi halda, Azərbaycanda insan haqları ilə maraqlanmasıdır. Qərəzli seçimdir. Çünki Ermənistana xidmət üçün Azərbaycanda baş verəcək ən kiçik problemi onun əleyhinə çevirmək elə də çətin məsələ deyil. Bu işdə "People in Need"-ə erməni lobbisi və radikal Azərbaycan müxalifətinin bəzi nümayəndələri kömək edirlər. Erməni lobbisi təşkilata lazım olan maddi vəsaiti təşkil etdiyi halda, radikallar məlumat bazası rolunu oynayırlar. Radikal müxalifəti qoyaq kənara, amma həmin təşkilata sual verərlər ki: "Sən Leyla Yunusu, yaxud Arif Yunusu tanıyırsan?". Tanımırsan. Leyla Yunus çexiyalı olsaydı, Slovakiyaya işləyərdi və həbs edilərdi. Ermənilik xisləti pisdi. Bəs, niyə susmursan? O qədər tolerantsansa, 613 azərbaycanlını tankın altında əzən, qılınc kəsən soyuğunda donduran ermənidən haqq istə! Lakin bu təşkilatın Azərbaycan əleyhinə hazırladığı təxribat çox da hay-küy yaratmayacaqdı, daxildəki ermənipərəstlər onu dəstəkləməsəydi. Başa düşüləndir, hakimiyyət varsa, ona qarşı müxalifət də olmalıdır. Müxalifətin vəzifəsi isə təkcə qarşı çıxmaq yox, eyni zamanda hakimiyyətlə, cəmiyyətlə milli maraqlarda həmrəylik etməkdir. Ermənilərə işləyən Leyla Yunusu, ermənipərəst Əkrəm Əylislini özünə etalon seçib bundan siyasi mübarizədə istifadə etmək vəzifə deyil. Hakimiyyətlə mübarizə qaydalar çərçivəsində, şəffaf qərəzsiz aparılmalıdır. Milli maraqlara qarşı çıxan ünsürlərin həbsindən məqsəd üçün istifadə edilməməlidir. Bu tolerantlıq deyil, xəyanətdir. Demokratiya və tolerantlıq - Azərbaycan bayrağı ilə çəkməsini silən düşmən hərbçisinin həmyerlisilə qol qaldırıb oynamaq deyil. Demokratiya və tolerantlıq - Azərbaycan adına əldə edilmiş uğurların sevincini ən kiçik hissələrinə qədər həmrəy paylaşmaqdır. Sonra get, yenə mübarizəni apar. Onsuz da kənarda nə qədər düşmənlərimiz var. Bizə beləsi daxildən lazım deyil. Sonra da oturub-qalxıb, hakimiyyətə gəlmək istədiyinizi bildirirsiz. Necə etibar edək sizə? Geosiyasi maraqları çərçivəsində hər gün onlarla müsəlmanları İŞİD bıçağı ilə doğrayan Amerikanı "tolerantlıq beşiyi" adlandıran sizlərə nə ad verək? Yaxud, Azərbaycan qadınının qarnını yarıb daxili orqanlarında qızıl axtaran Sərkisyanın millətinə sevginizə "demokratiya" deyirsizsə, bizə lazım deyilsiniz. Ayıbdır.
Ömər Zamin