Sərhədlərin açılmasını istəyənlərə Türkiyədən verilən cavab
İSTAD: “Ankarada sülh adına keçirilən toplantıya qatılan insanlarda bir az insanlıq və insaf olsaydı, həmin yığıncağı "Bölgədə edilən haqsızlıqların aradan qaldırılması konfransı" adlandırardılar”
27 Noyabr 2014 15:11 SiyasətASİMDER: "Ermənistan Türkiyə və Azərbaycan arasına fitnə salmaq istəyir"
Son günlər Türkiyə-Ermənistan sərhədlərinin açılması istəyi ilə bağlı qardaş ölkədəki ermənilər, eləcə də ermənipərəst yerli və beynəlxalq təşkilatların göstərdiyi canfəşanlıq Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olub. Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlar haqlı olaraq bu təşəbbüsə qarşı öz etirazlarını bildirirlər. Sevindirici hal ondan ibarətdir ki, təkcə Azərbaycan deyil, eləcə də Türkiyədə fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları da Ermənistanla sərhədlərin açılmasını qətiyyən qəbul etmirlər. Elə İstanbul Türkiyə-Azərbaycan Dərnəyi də bu qənaətdədir. Dərnək sədri Səfər Karakoyunlu rəhbərlik etdiyi qurumun indiki halda Ermənistanla sərhədlərin açılmasına qarşı olduğunu bildirib: "Kim sülh tərəfdarı, deyil kim sülh istəməz. Təbii ki, biz də bölgəyə sülh gəlməsini, sabitliyin təmin olunmasını və tolerantlıq mühitinin yaradılmasını, eyni zamanda sərhəd qapılarının açılmasıni istəyirik. Ancaq bütün bunlara qədər atılması vacib olan addımlar var". Ustanbul Türkiyə -Azərbaycan Dərnəyinin sədri deyir ki, bu günlərdə Ankarada, Türkiyənin ürəyində sülh çığırqanlığı edənlər var. Ancaq onların əsas məqsədi heç də sülh yaratmaq deyil: "Əsas məqsəd bölgədə, Qarabağda, Xocalıda və Azərbaycanın 20 faiz torpaqlarında həyata keçirilən soyqırımları unutdurmaq, Türkiyəni haqlı mövqeyindən döndərməkdir. Ankarada sülh adına keçirilən toplantıya qatılan insanlarda bir az insanlıq və insaf olsaydı, həmin yığıncağı "Bölgədə edilən haqsızlıqların aradan qaldırılması konfransı" adlandırardılar. Bu hansı məntiqə əsaslanır. Yəni, siz bir milyon insanı yerindən yurdundan edəcək, bir ölkənin iyirmi faiz torpaqlarını işğala məruz qoyacaq, Türkiyə Respublikasından torpaq tələb edib gənclərinizə "Biz Qarabağı aldıq, Ağrı dağını almaq da sizin işinizdir" deyərək əsassız soyqırım iddiaları ilə çıxış edəcək, türklərə qarşı tam beş dəfə soyqırım həyata keçirəcək, türk diplomatlarını qətlə yetirəcəksiniz, bütün bunların qarşılığında isə sülh və barışdan bəhs edib sərhədlərin açılmasını istəyəcəksiniz? Ancaq eyib deyilən bir şey var əfəndilər". Səfər Karakoyunlunun sözlərinə görə, əvvəlcə ermənilər türklərə qarşı etdiyi xəyanət və soyqırımlara görə üzr istəməli, işğal etdiyi Azərbaycan torpaqlarını dərhal, qeyd-şərtsiz tərk etməli, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalı, Xocalıda, Qarabağda törədilən vəhşiliklərin hesabı verilməlidir: "Bunu hər kəs yaxşı bilmelidir ki, Türklər heç bir zaman, heç bir cəmiyyətə qarşı soyqırım həyata keçirməyiblər və bu mümkün olan iş deyil 1915-ci ildə Türklər yeddi cəbhədə döyüşərkən bu vəziyyəti fürsət bilən erməni daşnak dəstələri saysız insanlarımızı qətlə yetiriblər. Türklərin tolerantlıq və səmimiyyətini Türkiyədə yaşayan erməni vətəndaşları hər zaman olduğu kimi indi də görürlər. Təbii ki, bölgəyə tolerantlıq və sülhün gəlməsini hər kəs istəyir. Ancaq Ermənistanın bölgədə etmiş olduğu səhvlərin sonu gəlmir və sonu gələcək kimi də görünmür. Təəssüf ki, Ermənistanın etmiş olduğu səhvlərin cəzasını başda erməni xalqı olmaqla bütün bölgə xalqı çəkir. Ermənistan buraxdığı səhvlərdən vaz keçdiyi halda bölgədə hər şey dəyişəcək və düzələcək. Əks halda sərhədlərin açılması, sülh və barışdan bəhs mümkün deyil". Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyi də Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı olan təşkilatlardandır. ASİMDER rəhbəri Göksel Gülbəy deyib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etmədən sərhədlərin açılmasından danışmaq olmaz: "Bu təşəbbüsə qarşı ASİMDER olaraq biz də qarşıyıq və bu məqsədlə İqdırda hər masaya iki bayraq kampaniyasına başlamışıq. Belə ki, erməni dövləti və erməni lobbisinin davamlı gündəmə gətirdiyi sərhəd qapılarının açılması məsələsinə Azərbaycanın etirazının haqsız olduğunu iddia edir. Biz də bu kampaniya ilə Türkiyə və Azərbaycanın ayrı ölkə olmadığı mesajın vermək məqsədiylə bu kampanyanı həyata keçiririk" Göksel Gülbey deyib ki, Ermənistan dövləti qondarma erməni soyqırımına qarşı ortaq mübarizə aparan Türkiyə və Azərbaycan diasporalarının arasına bir fitnə soxmaq istəyir və səbəbdən sərhəd məsələsi yenidən gündəmə gəlib: "Ermənistan fitnə bir dövlət olduğunu bu oyunla yenə ortaya qoymaqdadır. ASİMDER olaraq bu fitnə düşüncənin önünə keçib xalqımızı məlumatlandıracağıq. Onun üçün Ermənistanla sərhədolan şəhərimizdə yaşayan işadamı, tələbə, məmurları əhatə edən bayraq kampaniyasına başladıq. Kampaniyanın adı "Hər masaya iki bayraq"dır. Bu bayraqların biri Türk bayrağı, digəri Azərbaycan bayrağı pulsuz olaraq xalqımıza hədiyyə edilir. Bu bayraqlar masalarda sevgi ilə durduqca Erməni lobbisi və onun tərəfdarları bu qardaşlığı poza bilməz, onu pozmağa gücü çatmaz".
Süleyman