“Həqiqəti deməyə cəmi 10 dəqiqə təpərləri çatdı”

"Ermənilərin tert.am saytında Dağlıq Qarabağla bağlı ilk dəfədir ki, həqiqəti əks etdirən bir yazı yerləşdirilmişdi. Həmin yazıda Ermənistandan təlimlər üçün ora göndərilən helikopterlərin geri, dislokasiya yerinə qayıda bilmədiyi, onlardan ikisinin isə, ümumiyyətlə, uçuşa yararsızlığı qeyd edilirdi. Ən maraqlısı isə bu idi ki, tert.am-dakı yazıda Dağlıq Qarabağın işğal olunduğu bildirilirdi. Erməni saytı, təsəvvür edirsinizmi, həqiqəti yazırdı". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri öz facebook statusunda millət vəkili Sahib Alıyev qeyd edib. Millət vəkili bildirib ki, amma ermənilərin həqiqəti deməyə cəmi 10 dəqiqə təpərləri çatdı: "10 dəqiqədən sonra yazı artıq saytdan silinmişdi. Ermənilər yazını ora azərbaycanlı hakerlərin yerləşdirdiklərini deyirlər. Əgər belədirsə, demək onlara 10 dəqiqə də olsa həqiqəti söylətməyi bacarırıq. Özü də hələlik 10 dəqiqə. Əminəm ki, getdikcə daha çox biz istəyəni deməli olacaqlar. Çünki ayrı yolları yoxdur. Bütün yollar əvvəllər deyildiyi kimi Romaya yox, təslimə aparır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00