Rus politoloq: “Dağlıq Qarabağ münaqişəsi diplomatik yolla həll ediləcək”

"Dünyanın əsas diqqətinin yönəldiyi Ukrayna böhranı davam etdikcə, Qərb və Rusiya arasında razılaşma olmayacaq". Erməni mətbuatına açıqlama verən rusiyalı politoloq Dmitri Polikanov belə bir iddia ilə çıxış edib. O, SSRİ-nin parçalanmasından sonra tərəflər arasında əlaqələrin tamamilə qırıldığını bildirib. D.Polikanov Qərb və Rusiyanın biri-birinə yaxınlaşması üçün ortaq məxrəcin olmadığı qənaətindədir. Mütəxəssis Dağlıq Qarabağ münaqişəsi barədə də fikirlərini diqqətə çatdırıb. Politoloq təmas xəttində baş verən proseslərin müharibəyə səbəb olmayacağını deyib. "Məsələ diplomatik yolla həll ediləcək. Tərəflər arasındakı insidentlərin müharibəyə çevriləcəyi ehtimalı yoxdur. Proseslər bundan kənara çıxmayacaq" - deyə Dmitri Polikanov vurğulayıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00