ATƏT-in müşahidə qrupu atəşə tutuldu
27 Noyabr 2014 11:25 SiyasətNoyabrın 26-da Ukraynanın Donetsk vilayətində ATƏT-in müşahidə qrupu qumbaraatan və zenit qurğusundan atəşə tutulub. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-in rəsmi açıqlamasında deyilir. Hadisə ATƏT nümayəndələrinin Ukrayna hərbçilərinin müşahidəsi ilə iki nəzarət-keçid məntəqəsi arasında avtomobillərlə hərəkət etdikləri zaman baş verib. İnsident nəticəsində zərərçəkən olmayıb. Аtəşin kim tərəfindən və nə məqsədlə açıldığı barədə məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00