Rauf Arifoğlunun üzərinə getmək başadüşülən deyil
26 Noyabr 2014 17:15 Siyasət"Son günlər Batumi hadisələri ilə bağlı qarşılıqlı ittihamlar bütün çərçivələri keçir. Düşünürəm ki, bu məsədə Rauf Arifoğlunun üzərinə getmək başadüşülən deyil". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev səsləndirib. Bildirib ki, Rauf Arifoğlu hadisə ilə bağlı informasiya yaydığı halda hadisənin əsas iştirakçıları bir kənarda qalıb, hədəf kimi isə o göstərilirb: "Əslində isə dəfələrlə şahidi olmuşam Rauf Arifoğlu media biznesi ilə məşğul olduğunu, hər hansı partiyanın və ya təşkilatın təbliğatını və müdafiəsini aparmaq öhdəliyi götürmədiyini deyib. Belə olan halda hərənin ondan öz istədiyi informasıyanı yaymasını tələb etmək haqqı yoxdur. Gördüyünü, eşitdiyini yazan bir yazarın mövqeyi sənin mövqeyini əks etdirməyə də bilər. Amma bu əsas vermir ki, buna görə həmin yazarın üzərinə gedib onu nələrdəsə ittiham edəsən. Yeri gəlmişkən adını çəkmək istəmədiyim bir sıra müxalifət qəzətləri var ki, onlar sırf konkret siyasi partiyanın təbliğatı ilə məşğuldurlar. Onlara hər hansı informasiya göndərəndə və bu informasiya hətta ümümmulli məsələləri əhatə edəndə belə, burada az da olsa başqa partiyanın piyarı olduğunu görən kimi həmin informasiyanı vermirlər. İnsaf naminə Yeni Musavatda bu problemlər demək olar ki, yoxdur".