Dekabrın 10-da Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin növbəti görüşü keçiriləcək
26 Noyabr 2014 16:40 SiyasətAzərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşü Türkiyənin Qars şəhərində keçiriləcək. Bu barədə Trend-ə Türkiyə Xarici İşlər Nazirliyindən bildiriblər. Nazirliyin məlumatına görə, üçtərəfli görüşlərin dekabrın 10-da baş tutacağı gözlənilir. Görüş çərçivəsində siyasi məsələlərlə yanaşı, iqtisadi və enerji məsələlərinin də müzakirə olunacağı deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00