Türkiyə Ermənistanla sərhədləri açmamalıdır

"Türkiyə böyük dövlətdir və demokratik cəmiyyətdən ibarətdir. Ona görə də, bu cəmiyyətdə fərqli fikirlər ola bilər. Bununla belə, Türkiyə işğalçı dövlət olan Ermənistanla sərhədləri açmamalıdır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyası  Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı səsləndirib. Sərhədlərin indiki şəraitdə açılmasının mümkün olmadığını deyən YAP Siyasi Şurasının üzvü qeyd edib ki, Ermənistan hər fürsətdə Türkiyənin beynəlxalq imicinə zərbə vurmağa çalışır: "Türkiyənin mütərəqqi ziyalıları sərhədlərin açılmasının tərəfdarı deyil. Hesab edirəm ki, Türkiyə dövləti işğalçı ölkə ilə sərhədləri açmayacaq. Bilirik ki, bu məsələyə görə Türkiyəyə təzyiqlər çoxdur. Amma bu günlərdə Baş nazir Əhməd Davudoğlu deyib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün regional layihələrdən kənarda qalıb. Düşünürəm  ki,  torpaqlarımız işğal altındadırsa, Türkiyəyə qarşı uydurma "soyqırım" iddiası varsa, bu ölkə Ermənistanla sərhədləri açmayacaq. Mən indiki şəraitdə Türkiyə-Ermənistan sərhədlərinin açılacağına inanmıram və bunu qəbul edə bilmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00