“Müstəqilliyimizi gücləndirən işğal”
Erkin Qədirli: “Unutmayın ki, tarixən Cənubi Qafqazda Rusiya ilə yaxınlıqdan itirən tək tərəf biz olmuşuq həmişə”
25 Noyabr 2014 15:57 Siyasət"Qarabağı nəyin bahasına olursa-olsun almağa çalışan Ermənistan tamamilə Rusiyanın əlinə keçib". "Olaylar"-ın məlumatına görə, belə bir iddia ilə "Real" Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli çıxış edib. E.Qədirli bildirib ki, Azərbaycanın strateji məqsədlərimizdən biri - Qarabağı qaytarmaqdır. "Danışıqlarda "maksimalist mövqe" tutmağımız (yəni, bütün torpaqların qeyd-şərtsiz qaytarılmasından başlamayan hər hansı mərhələli və ya hissəvi planları qəbul etməməyimiz) Qarabağı qaytarmaq məqsədimizə doğru aparan yolu uzadır. Amma, elə buna görə də müstəqilliyimizi gücləndirir. Əsas da budur! Müstəqillik daha vacib nemət, strateji resursdur. Rusiyanın ehtimal olunan təklifini qəbul etsək, hansı ki, açıqda yoxdur, yenidən Rusiyanın təsiri altına düşməklə müstəqilliyimizin əhəmiyyətli hissəsini (bəlkə də, faktiki olaraq hamısını) itirəcəyik. Unutmayın ki, tarixən Cənubi Qafqazda Rusiya ilə yaxınlıqdan itirən tək tərəf biz olmuşuq həmişə".