Ermənipərəst "People in Need" təşkilatının “humanitar” maxinasiyaları
25 Noyabr 2014 15:06 SiyasətHumanitar təşkilat adı ilə yaradılaraq bu adın pərdəsi altında hoqqalar çıxaran, özünü demokratik təşkilat kimi göstərmək istəyən "People in Need" təşkilatı Azərbaycan barədə də həqiqətə uyğun olmayan məlumatlar yaymaqla özünə daha bir "demokrat" adı qazanmaq istəyir. Humanitar yardımlar göstərmək, guya hansısa münaqişə nəticəsində zərər çəkən şəxslərə "can yandıran" bu qurum özünü reklam etsə də, əsl niyyəti üzə çıxır. Məlum olur ki, bu qurum humanitar yardım adı altında maxinasiyalarla məşğul olur, şəxsi maraqları naminə fəaliyyət göstərir. Təşkilatın bu cür "canfəşanlıqlarından" biri də Gürcüstanda baş tutdu. "People in Need" təşkilatı Batumidə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə Vətəndaş Cəmiyyəti Forumunda da aranı qarışdırdı. Hansısa erməni təşkilatının sponsorluğu ilə foruma qatılan bu qurumun yeganə məqsədi Azərbaycanı aşağılamaq, erməniləri müdafiə etmək olub. Əslində demokratiyadan anlayışı olmayan, bu sözün nə demək olduğunu dərk etməyən qurum çox gülünc bir nümayiş edib. "People in Need" təşkilatı Azərbaycan torpaqlarının 20 faizini yaltaqlandığı ölkələrin gücü ilə 20 ildən artıq işğal altında saxlayan, daim korrupsiya və rüşvət girdabında boğulan, artıq səfalət həddinə çatan işğalçı Ermənistandan diqqəti yayındırmaq məqsədilə Azərbaycanda gedən proseslərə münasibət bildirib. Amma, çox gülünc və mənasız fikirlər. Təşkilat iddia edib ki, guya Azərbaycanda demokratiya yoxdur, Ermənistanda tam demokratiyadır. Bütün dünyanın Azərbaycanla Ermənistanı heç bir halda müqayisə edə bilmədiyi halda bu təşkilat gülünc fikirləri və nümayişi ilə özünü bir daha yandırıb və forum iştirakçıları hamısı məsələnin nədən ibarət olduğunu anlayıb. Təşkilatın "canfəşanlığından" açıq-aşkar məlum olur ki, bu qurum ermənilərlə şəxsi marağına görə dalana dirənən Ermənistandan fikirləri yayındırmaq niyyətindədir. Elə bina görə də, bu təşkilat "humanizmlik" üçün özünə əl qatıb. Azərbaycanda demokratiyanın olmaması üçün heç bir sübut tapa bilməyən bu qurum nəticədə ölkədə konkret faktlarla həbs edilən şəxsin müdafiəsinə qalxıb ki, bəlkə bu faktı nəticə verə. Amma, təbii ki, "People in Need" təşkilatı bu istəyinə də çata bilməyib. Qurumun Azərbaycanda "siyasi məhbus" sayaqlaması da iflasa uğrayıb. Bu sayaqlama forumda təbii ki işğalçı ölkənin nümayəndələrindən başqa heç bir ölkə nümayəndəsini inandıra bilməyib. İndi də Azərbaycanda Azərbaycan çörəyi ilə qidalanan ermənipərəst qüvvələr bu təşkilatı müdafiə etməyə başlayıb ki, bəs guya "People in Need" təşkilatı düz danışır. Məlum məsələdir ki, bu gün "People in Need" təşkilatının Azərbaycanda "siyasi məhbus" adlandıraraq müdafiə etdıyi şəxslərin özləri hansı faktlarla həbs edilib. Azərbaycanda yaşayan, özünə azərbaycanlı deyən həmin şəxslər 1 milyondan artıq Azərbaycan vətəndaşlarını qaçqın və məcburi köçkün salan, 20 faiz torpaqlarımızı işğal edən erməni təxribatçılarından qrant adı ilə külli miqdarda pullar alan bu şəxsləri müdafiə edənlər kimlər olacaq? Əlbəttə ki həmin şəxslərin yaxınları, ermənipərəst qüvvələr. Normal Azərbaycan vətəndaşının həmin şəxsləri müdafiə etməsinə heç bir halda inana bilmərəm. Bu insanların da həmin şəxsləri müdafiə etməsinə səbəb də elə onların özlərinin də "People in Need" təşkilatı kimi ermənilərdən aldığı qrantların hesabatı üçündür, başqa heç nə. Digər bir məsələ. "People in Need" təşkilatı özünü müharibədən ziyan çəkən şəxslərə humanitar yardım edən qurum pərdəsi altında fəaliyyət göstərir. Əgər belədirsə, bu təşkilat niyə müharibədən ziyan çəkən Azərbaycan vətəndaşlarına yardım göstərmir? 1 milyon nəfərdən artıq didərgin düşən, minlərlə öldürülən Azərbaycan vətəndaşlarının ailələrindən hansı biri bu vaxta qədər "People in Need" təşkilatından yardım, dəstək görüb? Əlbəttə heç biri. Elə bu fakt da bəs edir ki, "People in Need" təşkilatının hansı işlərlə məşğul olduğunu dərk edək. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri, tanınmış hüquq müdafiəçisi Sahib Məmmədov da bu təşkilatın və onu müdafiə edən qüvvələrin ermənipərəst olduğunu iddia edir. Sahib Məmmədov da "People in Need" təşkilatının sırf ermənipərəst mövqedən çıxış etdiyini bildirir: ""People in Need" təşkilatı haqqında son günlərdə çoxsaylı yazılar gedir. Bu barədə də yazılıb. Bu təşkilat ilk əvvəl Spitakda baş verən zəlzələnin qurbanlarına humanitar yardımları təşkil etmək üçün təşəbbüs qrupu kimi yaranıb və humanitar yardımlar edib. Burda pis heç nə yoxdur. Pis odur ki, bu təşkilat sonradan nəinki humanitar sahədə, həm də Ermənistanın işğal siyasətində onların yardımçılarından birinə çevrilib. Bu təşkiklata əlbəttə sırf erməni təşkilatı demək olmaz. Çünki onun fəaliyyəti daha genişdir. Amma bu təşkilat Ermənistanın dostu olaraq qalır və onun maraqlarını hər yerdə təmsil edir. Siz onların saytından götürülən bu cümləyə də diqqət yetirin. "On the impulse of Jaromír Štětina, a group of journalists from the Lidové noviny daily decide to form a humanitarian team called 'Epicentrum'. They organize a charity collection to alleviate the crisis in Nagorno-Karabakh. The aid is transported to Karabakh's hospitals, while an eyewitness testimony about the war is brought back by a group of volunteers". Bu təşkilatın ciddi səhflərindən biri də budur ki, özünü Qırmızı Xaç təşkilatı ilə müqayisə edir. Amma özünü humanitar təşkilatların missiyasına uyğun aparmır".
Sahib Məmmədov deyir ki, humanitar missiyası olan təşkilatların əsas prinsipləri içərisində neytrallıq, qərəzsizlik, konfedensiallıq, siyasətdən kənar olmaq, idologiyasızlıq və s. prinsiplər vardır ki, bu təşkilat onu ciddi surətdə pozur. Eyni zamanda, humanitar təşkilatın eyni vaxtda insan hüquqlarının müdafiəsi ilə məşğul olması da yerinə düşmür". Sahib Məmmədov bu təşkilatı heç bir əsas olmadan həyasızcasına müdafiə edən şəxsləırə də cavab verib: "Müharibə hüququ ilə insan hüquqlarının fərqini bilməyənlər üçün mühazirə deməyə hazıram. Beynəlxalq humanitar hüququn (müharibə hüququnun, Cenevrə hüququnun və s.) İnsan Hüquqlarından ciddi fərqləri vardır".Hüquq müdafiəçisi bu qurumun konkret ermənipərəst olduğunu açıqlayır: " "People in Need" təşkilatı erməni maraqlarını bütün sahələrdə müdafiə edən təşkilatdır. Təşkilatın Azərbaycana bu qədər "həssas" münasibəti ermənistanın maraqlarını təmin etmək məqsədi daşıyır. Bu təşkilatın zəmanəti ilə beynəlxalq mükafat və ya qrantları yalnız o zaman almaq mümükündür ki, iddiaçılar Ermənistan dövlətinin maraqlarına ziyan gətirən heç bir hərəkət etməsinlər, Ermənistana su və hava kimi lazım olan xalq diplomatiyası siyasətini dəstəkləsinlər, Azərbaycanda insan hüquqlarına misli görünməmiş basqılarla bağlı hesabatlar hazırlasınlar. Bir sözlə Ermənistanın Azərbaycana nisbətdə daha sivil, daha demokratik, daha mədəni olmasını dolayısı ilə sübut etsinlər".
Samir Əli