Müsavat parçalanmanın bir addımlığındadır

"Belə görünür ki, Müsavat Partiyası parçalanmanın bir addımlığındadır. Daha dəqiqi parçalAnma baş verib". "OLAYLAR"-ın xəbərinə  bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. Bildirib ki, bu proses zamanı söhbət oradan ayrılmaq yox, bu adda partiyanı təmsil etməyə kimin daha çox haqqının çatmasından gedir: " O adamlar ki, başqan seçkilərindən narazıdırlar özlərini hazırda həmin partiyanın rəhbərliyində əyləşənlərdən daha artıq müsavatçı sayırlar. Və bununla bağlı arqumentləri də yox deyil. Ona görə də indi aktual olan Müsavatın parçalanıb-parçalanmaması yox, partiyada baş verənlərdən narazılıq edənlərin cəmləşdiyi qurumun necə adlanacağıdır. Yəqin ki, onlar Müsavat adından vaz keçməyəcəklər. Əski Müsavat, Yeni Müsavat, Klassik Müsavat və sair kimi adlardan birini seçəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00