Millət vəkilindən maraqlı təklif

Noyabr ayının 12-də Ermənistan-Azərbaycan cəbhə xəttində Azərbaycan mövqelərinə hücum zamanı vurulmuş Ermənistan hərbi helikopteri məsələsi ətrafında proseslər səngimək bilmir. Düşdüyü çətin siyasi-diplomatik vəziyyətin ağırlığını dərk edən Ermənistan özünü dolaşdırmaqda davam edir. "OLAYLAR"-ın xəbərinə görə, məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə bildirib ki, bir tərəfdən helikopterin ona məxsus olmadığı bəyan edən işğalçı dövlət, digər tərəfdən proses üzrə təxribatlarını davam etdirməkdədir: "Helikopterin vurulması Ermənistanın Azərbaycana qarşı qəsbkarlığını təsdiq etməklə yanaşı düşmən ölkənin zəifliyini açıq-aydın biruzə verir". Millət vəkili deyir ki, Ermənistan normal qonşuluq münasibətlərin qura bilmədiyi kimi öz əsgərinə sahib durmağı da bacarmır: "O bu gün hərbiçilərinin meyidini götürmək üçün heç bir təşəbbüs göstərmir, bunun üçün müvafiq addımlar atmır. Dünən isə Ermənistan guya əməliyyat keçirərək, hərbi pilotlarının birinin meyitini və onun paraşütünü götürdüyünü elan edib. Ancaq nümayiş etdirilən kadrlarda yanan hərbi texnikadan guya salamat insan bədəni və zərər dəyməmiş paraşüt nümüyiş etdirilir". Aydın Mirzəzadə bildirib ki, düşmən olsalar da, helikopterdə həlak olanlar insanlardlr və onların da normal torpağa tapşırılmaq hüquq var: "Ermənistanın öz əsgərinə sahib çıxmaq istəməməsini nəzərə alaraq, onların nəşinin götürülərək xristian adəti ilə Azərbaycan ərazisində dəfn edilməsini təklif edirəm. Bu işə Azərbaycanda fəaliyyət göstərən xristian icmalarının din xadimlərini cəlb etmək olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00