AXCP xarici qüvvələrin maraqlarına xidmət edir
24 Noyabr 2014 16:31 SiyasətMüxalifət partiyalarının daxilində çox ciddi qarşıdurmalar mövcuddur. Həm Müsavat, həm də AXCP-də gərginlik var". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov səsləndirib. Bildirib ki, həmin partiyalar parçalanmaq ərəfəsindədir: "Müsavatın qurultayında keçirilən qeyri-obyektiv seçkilər üzvlərin etirazına səbəb olub. Onlar ədalətli seçkilər tələb edir, yaxud da alternativ Müsavat Partiyası yarada bilərlər. Acınacaqlı durum AXCP-də də hökm sürür. Görürlər ki, bu partiya xalqın maraqlarına deyil, xarici qüvvələrin, erməni lobbisinin maraqlarına xidmət edir, antiazərbaycançı fəaliyyət göstərir. AXCP-də az-çox öz dövlətini istəyən insanlar partiya sıralarını tərk edirlər. Bu partiyalar öz daxili problemlərini həll edib başa çatdıra bilməyiblər ki, bələdiyyə seçkilərinə də qoşulsunlar".