“Əli Kərimli Elçin Həsənova pul verib məni təhqir etdirir”
24 Noyabr 2014 16:30 Siyasət"Əli Kərimli partiyasının Sumqayıt təşkilatının üzvü, PKK-çı Elçin Həsənova pul verərək məni küçə söyüşləri ilə təhqir etdirir". "Olaylar"-ın məlumatına görə, belə bir iddia ilə sabiq KXCP funksioneri, Milli bayraqdar Elman Türkoğlu çıxış edib. E.Türkoğlu Əli Kərimlinin bu addımını "çirkin siyasi oyun" adlandırıb. "Mən Əli Kərimli kimi Elçibəyə xəyanət etməmişəm, öz ad günümdə zəhərləməmişəm. Sənin kimi Xədicə İsmayılovaya pul verib yazdırmamışam ki, Elçibəy Ankarada "SPİD" xəstəliyindən yatır" - deyə bayraqdar qeyd edib. Elman Türkoğlunun sözlərinə görə, Əli Kərimlidən pul alan Elçin Həsənov sosial şəbəkələrdə onun şəkillərinin üzərinə təhqiramiz ifadələr yazıb paylaşır. O, cəbhəçilərin bu hərəkətlərini "alçaqlıq" adlandırıb: "Belə işlər ancaq sənin kimilərin əlindən gələ bilər. Əgər PKK-çı Elçin Həsənovu susdurmasan, bunun cavabını pis şəkildə alacaqsan".