5-ci kolon rolunu oynayan QHT-lər

Azərbaycanda vətəndaş cəmiyyətinin, QHT sektorunun inkişafına ciddi diqqət ayrılsa, bu sahənin bir qədər də irəli getməsi üçün dövlət büdcəsindən müəyyən miqdarda vəsaitlər yönəldilsə də, lakin hələ də xarici donor təşkilatlarından qrant alaraq milli maraqlarımıza zidd addım atan, fəaliyyət göstərən QHT-lər var. Elə bu günlərdə Gürcüstanın Batumi şəhərində keçirilən konfrans zamanı toplantının keçirildiyi zala Azərbaycanın nüfuzuna xələl gətirə biləcək stendlərin quraşdırılmasının da arxasında məhz bu cür QHT-lərin dayandığı şübhəsizdir. Şübhə edilmir ki, sözügedən stendin orada quraşdırılması ideyası da məhz xarici donorlardan qrant alıb ölkəmiz əleyhinə fəaliyyət göstərməyi hədəfləyən Azərbaycanın bəzi QHT-ləri tərəfindən irəli sürülüb. Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, ölkəmizdə bu cür təşkilatların olması artıq hər kəsə bəllidir və bu günlərdə Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun QHT-lərlə bağlı "Azərbaycan" qəzetinə verdiyi müsahibədə də bir məqam diqqət çəkir: "Belə ki, cəmi 38 min adamın yaşadığı cırtdan dövlət olan Lixtenşteyn Knyazlığının "Açıq Cəmiyyət" İnstitutunun Yardım Fondu adını QHT qoyub, ancaq 5-ci kolon rolunu oynayanlara nə az, nə çox düz 7,6 milyon manat qrant veribmiş. Elə də böyük büdcəsi olmayan, onun da 10 faizi poçt markalarının satılması hesabına formalaşan bir ölkənin bu qədər pulu bizimkilərə ötürməkdə marağı nə ola bilərdi? Bəlkə, həmin pullar heç o knyazlığın deyi. Axı həm də Avropada çirkli pulların yuyulması məskənlərindən biri kimi tanınır həmin Lixtenşteyn. Yəqin çirkli pulları yuyan və yudurdanların çirkli məqsədləri üçün verildiyindəndir ki, bizdə onu alanlar bunun çoxunu qeydiyyatdan keçirməyiblər. Niyə keçirməyiblər? Aydındır. Azərbaycanda qarışıqlıq salmaq, konstitusiya quruluşunu sarsıtmaq və s. kimi dövlətçiliyimizi təhdid edən məsələlərin reallaşdırılıması üçün xərclənməsi nəzərdə tutulurdu". Millət əkili deyib ki,  bir çox qrant akulaları burada tamahlarını saxlamayıb yeyintiyə də yol veriblər: "Qərbdə bu cür adamalrı tutub dama basırlar. Fuad müəllim də bunları açıqlayıb, məsələn, ABŞ-da tanınmış "UnitedWay" qeyri-hökumət təşkilatının sədri Uilyam Aramoniyə bir milyondan artıq vəsaiti mənimsədiyindən yeddi il, İnsan Hüquqları üzrə Beynəlxalq Helsinki Federasiyanın maliyyə menecerinə 1,2 milyon avro pul mənimsədiyi üçün Avstriya məhkəməsi üç il həbs kəsmişdi. Özü də Aramoni həbs olunana qədər dövrünün ən tanınmış QHT rəhbərlərindən biri kimi tanınırdı. Yəni Leyla Yunus və onun kimilərədən qat-qat tanınmış birisiydi. Onda adam soruşmaq istəyir ki, əcaba nədən özləri QHT rəhbərlərini maliyyə fırıldağına yol verəndə tuturlar, amma biz də eyni addımı atanda insan haqqalrı deyərək bar-bar bağırırlar". Sahib Alıyevin sözlərinə görə,  cənab prezidentin qrant və QHT haqqında qanunlara edilən düzəlişləri təsdiqləməsi onu göstərdi ki, Azərbaycan dövləti kimin nə deməsindən asılı olmayaraq bu sahədə də şəffaflığın təmin olunması üçün lazım olan nə varsa onu da edəcək: "Hansısa bir dövlətin bu yolla ancaq öz maraqlarına xidmət edən, yəni 5-ci kalon funksiyasını yerinə yetirən təzyiq və təsir qüvvəsini formalaşdırıb, sonra da ölkəmizdə onlardan qarışıqlıq salmaq üçün faydalanmalarına yol verilməyəcək. Burada qeyri-adi heç nə yoxdur. Belə bir addımla biz Amerika- filan açmırıq. Elə həmin Amerikada bu baxımdan qanunlar bizdəkindən daha sərtdir. Özü də 1937-ci ildə qəbul edilmiş bu qanunun maraqlı adı var- "Əcnəbi agentlər haqqında qanun". Bəli, Amerikada QHT-lərin qeydiyyatı və qrant verilməsi məsələsi "Əcnəbi agentlər haqqında qanun"la tənzimlənir. Vay o günə ki, orada QHT yaratmaq istəyən kimsə qeydiyyatdan keçmək istəməyə və yaxud da fəaliyyəti haqqında hesabat verməyə. Anındaca məsuliyyətə cəlb ediləsidirlər. Onların fəaliyyətini isə Amerikanın Ədliyyə Nazirliyindəki iki kəşfiyyat strukturu yoxlayır. Deməli, biz QHT və qrant haqqında qanunlara düzəliş etməklə Amerika açmırıq. Sadəcə, Amerika və digər qərb dövlətlərinin təcrübələrini ölkəmiz üçün də açırıq. Belə də hər şey daha şəffaf olur. Həm də ona görə ki, bu qərbdəki bəlli çevrələrin burada qaranlıq işlər görmələrinin yolunu kəsir".

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyir ki, Azərbaycanda QHT problemi yoxdur: "QHT-lərlə bağlı məsələdə ABŞ-ın vəziyyəti heç də ürəkaçan deyil. Bu gün ABŞ-ın müxtəlif Fondları və beynəlxalq təşkilatları Azərbaycanda yerli qanunvericiliyə əməl etməyən QHT-ləri niyə maliyyələşdirir? Azərbaycanda qeydiyyatda olmayan QHT-lərə bank köçürməsindən kənar, nağd şəkildə qrant vəsaitlərinin verilməsi ənənənəsini məhz ABŞ fondları yaradıb. Nəyə görə bu fondlar iki ölkə arasında mədəniyyət, təhsil, gənclər mübadiləsi və elm sahəsindəki mübadilə proqramlarından daha çox Azərbaycanda media azadlığı və demokratiya mövzularında eyni təşkilatların təxribatçı layihələrinə vəsait ayırır?".


Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00