Millət vəkili: Qarabağ əlilləri ilə bağlı xüsusi proqrama ehtiyac var”
21 Noyabr 2014 13:21 Siyasət"Xocalı soyqrımı qurbanlarına verilən müavinətlər fərqləndirilməlidir". Bunu deyən millət vəkili Zahid Orucun sözlərinə görə, onların sayı 613 nəfərdir: "Məncə, müavinətləri 50 manat artırmaq büdcədə problem yaratmaz, bunun siyasi tərəfi bizim üçün daha faydalıdır". Deputat deyib ki, Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı, avtomobillə təminatı və müavinətləri məsələsi daima qaldırılı: "Biz bilmirik ki, onların sayı konkret olaraq nə qədərdir. Qarabağ əlillərindən nə qədər insanın mənzillə təminatı hələlik baş tutmayıb? Bunlar həssas təbəqədir. Biz hesab edirik ki, 2015-ci ildə Qarabağ əlilləri ilə bağlı xüsusi proqrama ehtiyac var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00