Dağ-aran kəndlərində bankomat quraşdırılmasının nə mənası?
Siyavuş Novruzov: “Əsas məsələ odur ki, bankomatdan götürməyə nəyinsə olsun”
21 Noyabr 2014 13:17 Siyasət"Əsas məsələ bankomatların quraşdırılması deyil. Əsas məsələ odur ki, bankomatdan götürməyə nəyinsə olsun". Bunu YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. "Deyirlər ki, dağ-aran kəndlərində bankomat quraşdırılsın. Əsas məsələ odur ki, bankomatdan götürməyə nəyinsə olsun. Götürməyə bir şey yoxdursa, bankomatı lap gətir mənim həyətimə qoy, bu zaman o, dəmir parçasından başqa bir şey olmayacaq. Ortada gərək bir şey ola ki, sən onu götürəsən də. Gedək indi bütün dağ kəndlərinə, ucqar yerlərə bankomat quraşdıraq. Bunun mənası nədir? O baxımdan hesab edirəm ki, buna yanaşma tərzini dəyişmək lazımdır. Vətəndaşlarımızın bankomatlardan pul götürməyə kifayət qədər vəsaitləri olmalıdır".