Xocalı soyqırımının İsveç parlamentinin gündəliyinə salınması istənildi

İsveçdə fəaliyyət göstərən "Azərbaycan Naminə" Cəmiyyətinin sədri Nadir Hollenbrand İsveç parlamentinin üzvü, Moderat Partiyasından millət vəkili  seçilmiş Marqareta Siderfelt ilə görüş keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, İsveç Riksdaqının binasında baş tutan görüşdə Xocalı soyqırımının İsveç parlamentinin gündəliyinə çıxarılmasına dair müzakirələr aparılıb. Nadir Hollenbrand Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Azərbaycan şəhəri Xocalıda törətdiyi soyqırım haqqında ətraflı məlumat verib. İsveçli deputatı ermənilərin bir gecədə bütöv bir şəhəri yer üzündən silməsi, dinc əhaliyə divan tutması, 613 nəfərin işgəncələrlə qətlə yetirməsi, 487 nəfərin yaralanması, 1275 nəfərin əsir götürülməsi, 150 nəfərin itkin düşməsi barədə məlumatlandırıb. Azərbaycan diaspor rəhbəri Nadir Hollenbrand bütün bunları nəzərə alaraq, soyqırımın İsveç parlamentinin gündəliyinə salınması və müzakirəyə çıxarılması ilə bağlı Marqareta Siderfeltə müraciət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00